Səlahiyyət müddəti başa çatan Almaniya səfiri Azərbaycanı tərk edib

Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb.

Metbuat.az xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb.

“Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, - V.Maniq bildirib.

Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR