Odessa vilayəti tamamilə işğaldan aza edildi

“Rusiya ordusunun Zmeyni adasından çəkilməsi ilə Odessa vilayəti tamamilə işğaldan aza edildi”.

Metbuat.az xəbər verir ki, Odessa vilayətinin rəsmisi Sergey Bratçuq belə deyib. O bildirib ki, Zmeyni adası Odessa vilayətinə aid olduğu üçün tamamilə işğaldan azad edilmiş sayılmırdı.

Qeyd edək ki, Rusiya ordusu Zmeyni adasından çəkildiyini elan edib. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya, Zmeyni adasındakı tapşırıq tamamlandığı üçün oraya yerləşdirilmiş qarnizonu geri çəkib. Açıqlamada deyilir ki, Rusiya bu həmləsi ilə Ukraynadan taxıl məhsullarının ixracı üçün qurulmaq istənilən humanitar dəhlizə maneə törətmədiyini göstərmiş olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR