DMX ölkədə müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti ölkədə müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunvericilikdə müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Həmin müddət ərzində sürücülük vəsiqəsini dəyişdirməyən şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR