Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə telefon danışığı aparacaq.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə o NATO Sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.

O qeyd edib ki, bu həftənin sonu və ya gələn həftə baş tutacaq telefon danışıqları zamanı Putin və Zelenski ilə Ukrayna limanlarından taxılın çıxarılması müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR