Paytaxtda bu il ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1% artaraq 10 109 mln. manat olub.

Bakı Statistika İdarəsindən Metbuat.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artaraq 5 120,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% artaraq 4 988,2 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 37,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 34,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR