"Türkiyə dünyanın ən güclü ordusuna sahib olacaq" -

"Türkiyə ordusunu gücləndirməyə davam edəcək ki, dünyanın ən güclüsü olsun".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetindəki Məzun Günü münasibətilə təşkil edilən mərasimdə deyib.

"Ordumuz dünyada ən güclü orduya çevrilənə qədər onun gücləndirilməsi istiqamətində fəaliyyətimizi addımlarımızı davam etdirəcəyik. Türkiyənin gələcək inkişafı yolunda Silahlı Qüvvələrin potensialının artırılmasına xüsusi önəm veririk", - "Anadolu" agentliyi onun sözlərindən sitat gətirib.

Ərdoğan qeyd edib ki, müəyyən kadr çatışmazlığına baxmayaraq, Türkiyə Silahlı Qüvvələri yeni uğurlar nümayiş etdirməkdə davam edir.

Onun sözlərinə görə, Türkiyə ordusunun gücü terrorla mübarizədə də özünü göstərir. "Terrorizmlə mübarizə bu təhlükə tamamilə aradan qaldırılana qədər davam edəcək", - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR