"Moskva ümid edir ki, Qərb ağlını başına yığacaq" -

"Rusiya Prezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının keçirilməsi üçün etdiyi təklif hələ də masa üzərində qalıb. Moskva ümid edir ki, bu təşəbbüs tezliklə reallaşdırılacaq və Qərb ağlını başına yığacaq".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Belerus Dövlət Universitetində çıxışı zamanı deyib.

O qeyd edib ki, Putin pandemiyadan əvvəl dünyanın daha ədalətli və bərabər olması üçün qlobal məsələlərin həllinə dair müzakirələr aparmağı təklif edib.

Bundan əlavə, BMT TŞ-na üzvlüyün genişləndirilməsi məsələlərinə də toxunan Lavrov, bu məsələnin vacibliyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR