Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatdı

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin sayı artıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.

23:25

Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR