"Meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb" - ÜST

“Avropa regionunda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib, infeksiyanın yayılması qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.

Onun sözlərinə görə, bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. O əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR