“Lex” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq

Polşanın “Lex” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la oyun üçün iştirak ərizəsini açıqlayıb.

Metbuat.az xəbər verir ki, siyahıda 20 futbolçunun adı yer alıb. Klubun yeni transferi Giorgi Tsitaişvili siyahıya əlavə olunacaq.

Heyətdə qapıçılar - Artur Rudko, Filip Bednarek, müdafiəçilər - Joel Pereyra, Barri Duqlas, Pedro Reboşu, Antonio Miliç, Bartoş Salamon, Lubomir Şatka, Alan Çervinski, yarımmüdafiəçilər - Yesper Karlstrem, Afonso Souza, Dani Ramirez, Mixal Srokaş, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral, Nika Kvekveskiri, Adriel Ba Lua, hücumçular - Mikael İshak və Artur Sobeh yer alıblar.

G.Tsitaişvili ilə yanaşı, daha 1 futbolçu da iyulun 4-dək A siyahısına daxil edilə bilər.

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Baş məşqçi Qurban Qurbanov siyahıya 26 oyunçu daxil edib.

“Qarabağ” klubu “Lex”ə qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR