Bu gün Azərbaycanda Polis Günüdür

2 iyul Azərbaycanda Polis Günüdür.

Metbuat.az xatırladır ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub.

Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR