İdmançı Kamil Zeynallı sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, o, feysbuk səhifəsində bu sözləri yazıb:
"Mənim Rusiyaya gedib gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Ermənilərin mənə qarşı olan təxribatı hələ də bitmir. Məni öldürtmək və nəsə sui-qəsd etmək fikrindədirlər. Xəbərlərində öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, mənə nəsə etsinlər".
Kamil Zeynallı 44 günlük Vətən Müharibəsi ilə bağlı da danışıb:
"Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür, məğlub olmuş erməni hökuməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir".