Qanunsuz balıq ovlayan 900-dən çox şəxs saxlanıldı

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxsləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda su hövzələrini çirkləndirməməyə çağırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR