"Pişik" Günelin "TikTok" qazancı dodaq uçuqlatdı: 15 günə...

“Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “TikTok”dan gələn qazancını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni “MTV maqazin” verilişinə müsahibəsi zamanı danışıb.

“TikTok” platformasından aktiv formada istifadə edən Günel canlı yayımlar sayəsində xeyli gəlir əldə etdiyini etiraf edib.

“TikTok”da açdığım canlı yayımlardan 7 000-10 000 manat arası pul qazanıram. Həftəyə 15 000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu, yalandır. O dediyim rəqəmi də bir həftə yox, haradasa on beş günə qazanıram”, - deyə Ələkbərova əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR