DSMF-nin yeni elektron xidməti istifadəyə verildi - VİDEO

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.

Bu barədə Mtebuat.az-a DSMF-dən bildirilib. Qeyd olunub ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar.

DSMF-nin əqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

 hamiləliyə və doğuma görə,

 uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

 uşağın anadan olmasına görə,

 dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.

Bunun üçün:

 e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;

 Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR