İstanbul-Bakı aviareysi buna görə gecikir

"Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.

Bu barədə Metbuat.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR