Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə asteroid yaxınlaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

Asteroidin diametrinin 50-155 metr arasında dəyişiyi bildirilir.

Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR