Ceyhun Bayramov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, C. Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.

C. Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR