Xalq artistinin qızı ADA universitetinə qəbul oldu - VİDEO

Xalq artisti Məleykə Əsədovanın qızı Gülər universitetə qəbul olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Əsədova qızının 11 il öncəki və indiki halının canlandığı videonu paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. Aktrisa paylaşımına “Gülərim yüksək balla, ADA universitetinə, arzuladığı fakültəyə daxil oldu” əlavə edib.

Qeyd edək ki, Xalq artisti qızının diplomatiya sahəsi üzrə təhsil almaq istədiyini vurğulamışdı.

Sözügedən paylaşımı təqdim edirik



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR