Eddi İsrafilov yenə forma geyinmədi

Eddi İsrafilov yenə forma geyinmədi
11:32 19 Yanvar 2015
133 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında XIX turun növbəti oyunları keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Atletiko” ilə üz-üzə gəlib.
  
Qarşılaşmada “Land of fire Azerbaijan” forması geyinən Madrid klubu 2:0 hesabı ilə qalib gəlib.
 
Bu matçda İsrafilov yenə mübarizə aparmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı ötən tur “Real Sosyedad”la görüşdə olduğu kimi, “18-liy”ə daxil edilməyib.
  
Qeyd edək ki, “Qranada” 14 xalla turnir cədvəlinin son pilləsində yer alır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR