Dövlət qurumunun əməkdaşını iş başında "tok" vurdu

Füzulidə mühəndis bədbəxt hadisə nəticəsində ölüb.

Rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, iyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Füzuli suvarma sistemləri idarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeiliyində fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR