ASCO gəmilərdəki dezinfeksiya işlərinə 3,6 milyon manat xərcləyib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarından 2020-ci ildə 14 127 ədəd, 2021-ci ildə 27 081 ədəd test nümunələri götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə ASCO-nun 2020-2021-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatında qeyd edilib.

Hesabata görə, 2020-2021-ci illərdə ASCO dezinfeksiya işlərinə ümumilikdə 3 milyon 566 min 520 manat xərcləyib.

Belə ki, qurum ayrı-ayrılıqda dezinfeksiya işlərinə 2020-ci ildə 2 milyon 089 min 401 manat, 2021-ci ildə 1 milyon 477 min 119 manat vəsait xərclənib.

Hesabatda göstərilir ki, bundan əlavə COVID-19 pandemiyası ilə əlaqədar, əməkdaşların sağlamlığının qorunması məqsədi ilə, “məsafədən iş” prinsipinin tətbiqi ilə yanaşı, istehsalat zərurəti ilə əlaqədar işə cəlb olunan əməkdaşların növbəli iş rejimində işləməsi, bu işçilərdən, o cümlədən üzən heyətdən mütəmadi olaraq PCR test nümunələrinin götürülməsi, iş yerlərinin davamlı dezinfeksiya olunması təmin edilib.

Bu işlərin koordinasiyasını təmin etmək məqsədi ilə, ASCO-da xüsusi qərargah yaradılmış, xəstəliklə bağlı sualların və müraciətlərin operativ şəkildə cavablandırılması üçün 24 saat fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş və pandemiya dövründən çıxış ilə bağlı Tədbirlər Planı hazırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR