Ceyhun Bayramov Tehranda iranlı həmkarı ilə görüşdü - VİDEO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü başlayıb.

Metbuat.az Akharinkhabar-a istinadən xəbər verir ki, bu gün səhər Tehrana səfər edən C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında qarşılayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin səfər çərçivəsində Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR