İngiltərə ordusu hakker hücumuna məruz qaldı

İngiltərə ordusunun yutub və tviter hesabları hakker hücumuna məruz qalıb.

Metbuat.az yerli KİV-nə istinadən xəbər verir ki, şübhəli paylaşımlardan sonra ordunun sosial media hesablarının sındırıldığı məlum olub.

Belə ki, ordunun rəsmi yutub kanalında iş adamı İlon Maskın kriptovalyutalarla bağlı videosu yayımlanıb, tviter hesabında isə NFT haqqında yazı retvit edilib. Ordudan yaydığı rəsmi açıqlamaya görə, problem aradan qaldırılıb. Məsələ ilə bağlı ciddi araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR