Azərbaycan-Rusiya sərhədində avtomobillərin keçid sürəti 2 dəfə artırılıb

Azərbaycanla Rusiya arasındakı dövlət sərhədində nəqliyyat vasitələrinin keçid sürəti 2 dəfə artırılıb.

Bu barədə Metbuat.az Gömrük loqistika portalına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında sərhədin Dağıstan hissəsindən Azərbaycandan Rusiyaya daxil olan 51 mindən çox, əks istiqamətdə isə 52 mindən çox nəqliyyat vasitəsi buraxılıb.

Dağıstan gömrüyü Şimali Qafqaz Gömrük İdarəsi və keçid məntəqələrində yerləşən digər dövlət nəzarəti orqanları ilə əməkdaşlıq edərək dövlət sərhədinin bu hissəsində növbələrin yaranmasının qarşısını almaq üçün bütün tədbirləri görüb. Bunun sayəsində layihə gücü təxminən 2 dəfə artıq olan Yaraq-Qazmalar avtomobil keçid məntəqəsində yüklənməni xeyli azaltmaq mümkün olub.

Nəqliyyatın hərəkəti Tahirkənd-Qazmalar və Novo-Filya avtomobil keçid məntəqələri vasitəsilə açıqdır. Əgər, 2022-ci ilin aprelində nəqliyyat vasitələri Rusiya ilə Azərbaycan arasında sərhədi yalnız Yaraq-Qazmalar keçid məntəqəsindən keçirdisə, hazırda üç keçid məntəqəsində avtomobillər on zolaqla hərəkət edir. Belə ki, əvvəllər bu buraxılış məntəqələrində sərhəddən gündəlik orta hesabla 400-ə yaxın avtomobil keçirdisə, bu gün onların sayı 800-ə çatıb.

Yaraq-Qazmalar keçid məntəqəsinin qarşısında yük maşınlarının sayı 9 dəfə azalıb. Belə ki, fevral ayında pik nöqtədə olan 3 000-dən çox avtomobildən iyulun 1-nə Rusiya ərazisinə daxil olan 270 avtomobilə qədər azalıb. Daşıyıcılar növbə gözləmək üçün bir gündən az vaxt sərf edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR