AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə

“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR