Baş Prokurorluqdan qırılan liftlə bağlı AÇIQLAMA -

Baş Prokurorluq Bakının Nərimanov rayonunda baş vermiş lift qəzası ilə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir:

"İyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır".

22:31

Bakıda Nərimanov rayonunda binaların birində lift qırılıb.

Metbuat.az xəbər verir ki, İzəddin Həsənoğlu küçəsində yerləşən binaların birinin lifti qırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR