Azərbaycan Polşa ilə bank sektorunda əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İsveçrəyə işgüzar səfəri çərçivəsində Polşa Milli Bankının sədri Adam Glapinski ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə AMB sədri özü məlumat verib.

"Görüş zamanı Azərbaycan və Polşa mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsini və gələcək istiqamətlərini müzakirə etdik", - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR