Gecikdinsə, qızıl əldən getdi -

Bəzən vətəndaşlar təcili pula olan tələbatlarını ödəmək üçün lombard kredit xidmətinə baş vururlar. Demək olar ki, hər addımbaşı lombard xidməti təklif edən elanları hər gün görürük. Vətəndaş çıxılmaz vəziyyətdə qalarkən lombarda müraciət edir, amma bəziləri isə bu tələbatdan sui-istifadə edir.

Lombard xidmətləri vətəndaşlar üçün nə qədər əlverişlidir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Metbuat.az-a bildirdi ki, Azərbaycanda qanunvericiliyə görə, banklar və bank olmayan kredit təşkilatları var. Hər ikisi də ümumən kredit təşkilatları adlanır və Mərkəzi Bank tərəfindən lisenziya alırlar:

"Onların fəaliyyəti maliyyə vasitəçiliyindən ibarətdir. Yəni onlar bir şəxsdən kredit, bank əmanəti, bank hesabından pulları borc götürür. Bundan sonra isə üstünə faiz qoyaraq başqa şəxslərə kredit verirlər. Ümumən götürsək, bu təşkilatların üzərində nəzarət var. Qanunvericilik ehtiva edir ki, lombard sahibləri başqalarından götürdüyünü yox, öz pullarını kredit verməlidir. Amma Azərbaycanda isə reallıqda belə deyil. Belə ki, həmin lombardların öz kapitalı olduqca azdır. Onlar ya bankdan kredit alırlar, ya da başqa şəxslərdən kredit götürür, üstünə fazi verərək vətəndaşlara kredit verirlər. Bu, qanunsuzdur. Biz lomabrdların nizamnamə kapitalına nəzər yetirsək, ən çoxu 200 manat vəsait görəcəyik. Bu məbləğ isə heç bir nəfərə verilən kredit deyil. Qanunvercilik tərəfi ilə baxsaq, bəli, lombardların fəaliyyəti qanunsuzdur. Lombardlar haqqında qanun müzakirə edilsə də, indiyə kimi hələ də qüvvəyə minməyib. Nəticə etirbarilə istənilən şəxs lombard aça bilir. Biz adi şəhərdə gəzəndə hər yerdə lombard xidməti ilə bağlı elanlar görürük. Telefon satan da öz obyektində lombard xidməti təşkil edib. Çünki heç bir icazə, lisenziya, nizamnamə kapitalına tələb yoxdur. Hamı lombard xidməti ilə məşğuldur".

Faiz məsələlərinə gəlincə, ekspert bildirir ki, lombardların verdiyi kredit faizi bank və bank olmayan kredit təşkilatlarından qat-qat çoxdur:

"Məsələn, bankların fazi dərəcəsi illik 25-30% -dirsə, lombardlarda bu rəqəm 50%- dən başlayır. Bu baxımdan bankdan və bank olmayan təşkilatlardan kredit ala bilməyən şəxslər təbii ki, lombarda müraciət edir".

Əkrəm Həsənov

Vətəndaşa təqdim edilən lombard təklifləri öncədən qulağa olduqca asan gəlsə də, əslində, göründüyü qədər sadə deyil. Əkrəm Həsənov lombardların təklif etdiyi "sadə" qaydaların nəticələrindən də danışdı:

"Lombard təşkilatı gəlirlə bağlı hər hansı sənədlər tələb etmir, amma qanunvericiliklə işləyən kredit təşkilatları bunu edir. Bundan başqa, digər mənfi xüsusiyyət isə lombardın vətəndaşdan aldığı girovdadır. Belə ki, bir qayda olaraq qızıl-zinət əşyalarını girov alırlar və götürülən qızıl-zinət əşyaları götürülərək bir qayda olaraq həmin əşyaların təfərrüatları heç yerdə qeyd olunmur. Tez-tez eşidirik ki, vətəndaş lombarda girov əşya qoyub, kredit alıb, amma qayıdarkən əşyasını orada tapa bilməyib. Lombardlər vətəndaşa gah əşyanın itməsi, gah səhv düşməsi ilə bağlı bəhanələr gətirirlər. Çünki lombardlar borcu verəndə bunu bilə-bilə edirlər. Çıxılmaz vəziyyətdə qalan vətəndaş da bu məsələdə israr etmir. Lakin bank və bank olmayan kredit təşkilatlarında bu məsələlər dəqiq həll olunur və vətəndaş belə hallarla üzləşmir.

Digər məsələ isə banklar və bank olmayan təşkilatlar girov əşyalarına qoyulan tələbələrə riayət edir, amma lombardlar isə yox. Vətəndaş krediti qaytara bilmədiyi zaman bank və bank olmayan kredit təşkilatları məhkəməyə müraciət edir, girovu məhkəmənin qərarı ilə hərraca çıxarır və satılır. Əgər satışdan əldə olunan gəlir borcdan çoxdursa, həmin qalıq vətəndaşa qaytarılır. Lombardlar isə heç vaxt heç kəsi məhkəməyə vermir. Pulu qaytara bilməyən vətəndaşın girovunu lombardlar mənimsəyir. Bu da qanunverciliyə ziddir.

Son olaraq, məsələn, vətəndaş lombarda 2000 manatlıq girov verir, amma lombard vətəndaşa 500 manat kredit verir. Vətəndaş geri qayıdanda isə lombardı tapa bilmir və girov batır. Buna görədə lombradlardan kredit almaq məsləhətli deyil".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR