Rayonlarda benzin qıtlığı: Sürücülər "Aİ-92"ni tapa bilmir -

İsmayıllı və Tovuz rayonun sakinləri iddia edirlər ki, bir neçə gündür Aİ-92 markalı benzini ala bilmirlər.

Metbuat.az-ın qaynar xəttinə daxil olan məlumata görə, yanacaqdoldurma məntəqələrində növbə yaranıb. Sürüclər isə Aİ-92 markalı benzin ala bilmirlər.

"SOCAR PETROLEUM" QSC mətbuat katibi Üzeyir Həbibbəyli sorğumuza cavab olaraq bildirdi ki, ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir".

Bizi teleqramdan izləyin: https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR