Rusiyanın Ukraynadakı müharibədə yeni itkiləri

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Metbuat.az Tass-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, müharibə nəticəsində Rusiyanın 36 350 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1594 tank, 3772 zirehli maşın, 806 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 660 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2634 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR