​“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 92-yə çatdırıb

“Azpetrol” şirkəti təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə ünvanında yerləşən “Nobel” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb.

Metbuat.az şirkətə istindən xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi (QDM) yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və maye-qaz doldurma postu (LPG) yaradılıb.

Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdırılıb.

Yenilənmiş “Nobel-2-YDM” ərazisində sürücülərə həmçinin kafe, avtoyuma, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, maye-qaz postu (LPG) və elektromobillərin doldurulması xidmətləri də təklif olunur.

Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər “Azpetrol” şirkətinin 25-illik yubileyi ərəfəsində həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR