Bakı yol polisi piyada və sürücülərə

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) piyada və sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır: “Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarıb. Bu isə qabaqlayıcı tədbirlərin təxirə salınmadan icrasını zəruri edib".

"Gecə saatlarında piyada səkilərini zəbt edən, yüksək səslə ətrafdakı insanların istirahətini pozan sürücülər, eləcə də bəzən hərəkət sürətini şəhərdaxili yollarda artıran, lüzumsuz, bəzən də qadağan olunmuş səs siqnallarından istifadə edən, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə idarəetmə halları artıb. Eləcə də avtomobillərdə konstruksiya dəyişiklikləri, əlavə avadanlıqlar etməklə müdaxilələr və sair neqativ halların aşkarlanması ümumi ictimai asayişə mənfi təsir göstərməklə yanaşı, piyadavurma və digər formalarda qəza şəraiti yaradan vəziyyətləri də artırıb. Bu növ halların qarşısının alınması məqsədilə DYP gecə xidmətlərinin say həddini artırmaqla gücləndirilmiş qaydada xidməti təmin etməyə başlayıb. Vətəndaşlarımızdan ictimai asayişə, yollardakı hərəkət təhlükəsizliyinə, nəzərdə tutulan qaydalara məsuliyyətli yanaşmağı, qanunsuz hərəkətlərdən çəkinməyi, özünün və ətrafdakı insanların sərbəst hərəkətlərinə, istirahət hüquqlarının pozulmaması üçün çətinlik yaratmamağı, nizamlı və intizamlı olmağı, məsuliyyətsizlik zəminində haqlı narazılıq və narahatçılıq yaradan hallara yol verməməyi xahiş edirik!”, - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR