Nəsli kəsilməkdə olan heyvanları öldürən ovçu qətlə yetirildi -

Cənubi Afrikada aslanları və filləri öldürən peşəkar ovçu maşını xarab olduqdan sonra onu pusquya salan quldurlar tərəfindən güllələnib.

Metbuat.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Riaan Naude adlı bu ovçu “Toyota” markalı avtomobilinin yanında başından güllə yarası ilə ölü tapılıb. Onun tüfəngi oğurlanıb və iki quldur onun "Nissan" markalı avtomobiliylə qaçıblar.

Yerli polis sözçüsü isə qətlin baş vermə məqsədlərini hələ müəyyən edə bilmədiklərini qeyd edib.

Qeyd edək ki, 55 yaşlı Riaan Naude nəsli kəsilməkdə olan ölü heyvanların dəhşətli şəkillərini paylaşaraq öyünən "Pro Hunt Africa" şirkətini idarə edirdi.

Bu şirkətə müraciət edən ovçular gününə 250 funt sterlinq ödəməklə şir, bəbir, qara kərgədan, Afrika kol fili və Afrika camışı kimi nadir heyvanları ovlamaq üçün xüsusi tarif tələb edə bilərlər.

Həmçinin, bu şirkətin yalnız ov məqsədləri üçün zürafələrin yetişdirilməsi və müştərilərə satışı ilə məşğul olduğunu iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR