Narkotik istifadəçilərinin sayı qeydiyyatda olanlardan çoxdur - DİN

Ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur.

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur, narkotikə meylli şəxslərin vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələdir.

Qeyd olunub ki, son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı müəyyən edilib, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb: “Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işlərini həyata keçirir və gəncləri, qadınları cəlb edirlər. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin rolu böyükdür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR