Roza Zərgərlinin oğluna ev verilməsi ilə bağlı

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova mənzil verilib.

Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov məsələyə münasibət bildirib:

"Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib. Ümid edirəm, məsələ aydın oldu",- deyə qurum rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR