Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən mlumat verilib.

Bildirilib ki, hökumətin qeyd olunan Qərarı ilə Nazirlər Kabinetinin 2011-ci il 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qərar Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin ləğv edilməsi, eləcə də Sumqayıt və Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaların adlarının dəyişdirilməsi ilə əlaqədar qəbul olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR