Teymur Rəcəbova bürünc medal təqdim olundu -

İspaniyanın paytaxtı Madriddə şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Metbuat.az-a verilən məlumata görə, tədbirə qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qatılıb.

AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı təqdim edib.

Qeyd edək ki, turnirin qalibi rusiyalı Yan Nepomnyaşi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR