"Gülnarı sevgilimlə bir yerdə hoteldə tutmuşam" -

“Canan” ləqəbli müğənni Gülnar Babayeva həmkarı Aygün Ağayevanı məhkəməyə verib.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, ifaçı A.Ağayevanın ona böhtan atdığını deyib.

G.Babayeva böhtana görə həmkarının cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı A.Agayeva ilə əlaqə saxlayıb.

A.Agayeva baş verənlərlə bağlı bunları deyib:

“Gülnar rəsmi “YouTube” kanalımda yerləşdirilən “Vətən” adlı mahnımı şikayət edərək silib. Bu isə mənə çox pis təsir etdi. O, vətənə aid olan mahnımı niyə silib? Keçən ay ARB TV-də yayımlanan “Elgizlə izlə” ictimai-sosial verilişinə çıxdım. Orada çağırış etdim ki, həmin xanım müğənni gəlsin, mahnımı sildirməsinin məqsədini açıqlasın. Axı bir azərbaycanlının vətənə aid mahnısını silməkdə məqsəd nə ola bilər?

Gülnarın mahnımı silməsi ilə bağlı faktım da var. “YouTube”a daxil olub mahnını dinləmək istəyəndə yazılır ki, “Canan”ın şikayəti ilə video silinib. “YouTube”un qanunlarını da araşdırmışam.

O deyir ki, güya “Vətən” adlı mahnım onun mahnısına oxşayır. Amma oxşamır, oxşasa belə, o məni məhkəməyə verməlidir. Məhkəmədə qalib gələrsə, ondan sonra bu addımı ata bilər.

Amma o, “YouTube”a şikayət edərək, mahnımın silinməsini tələb edib. Və mahnım silinib.

Gülnar biləndə ki, vəkil Şəfiqə Nağıyevanı vəkil tutmuşam və mahnımın mövzusu həssasdır, önə düşərək məni məhkəməyə verib. Deyib ki, güya mən onu efirdə təhqir etmişəm. Amma o başa düşmür ki, televiziya kanalının efirində təhqirə yol verilə bilməz. Əgər televiziya çıxışımı efirə veribsə, demək ki bu təhqir deyil. O mahnımı sildirməsi ilə bağlı etdiyim çağırışımı təhqir kimi hesab edir. Amma yenə də bildirirəm ki, Gülnarı təhqir etməmişəm, ona böhtan atmamışam”.

Aygün Gülnarla münasibətinin olmadığını desə də, daha sonra onun sevgilisinin Babayeva ilə eşq yaşadığını da iddia edib.

“Gülnar adında nə adam, nə də ki müğənni tanımıram. Onu ancaq ailə quracağım şəxsin “gəzdiyi xanım” kimi tanımışam. Onları bir yerdə “Qala” oteldə tutmuşam.

Zəng etmişəm sevgilimə, amma o telefonu götürməyib. Mənə deyiblər ki, sevgilin Gülnarla bir yerdədir. Amma ona zəng edib mənə deyilənləri söyləyəndə anasının canına and içərək, belə bir hadisənin olmadığını bildirib. Həmin şəxsə isə demişəm ki, o sənin olsun, səndən ayrılıram. O da deyib ki, düzdür, biz bir yerdəyik. Bu hadisələrin nə zaman baş verdiyini də deyə bilərəm. Hətta oteldən onların bir yerdə olan görüntülərini belə çıxararam. Deyə bilməz ki, orada onunla bir yerdə olmayıb”.

“Canan” ləqəbli müğənni G.Babayeva isə qarşı tərəfin irəli sürdüyü ““YouTube”dan mahnımı sildirib” ittihamlarına belə münasibət bildirib.

“Bütün məlumatları, sübütları məhkəməyə təqdim etmişəm. Artıq beş ildir ki, o xanım bir sıra televiziya və saytlar vasitəsi ilə haqqımda ittihamlar irəli sürür və şər-böhtanlarla çıxış edir. Ona bu illər ərzində cavab verməmişəm. Əgər mən haqsız tərəfəmsə, bu, məhkəmədə bəlli olar. Qanun var. Heç kim kimsənin haqqına girə bilməz. Canan sənin haqqına giribsə, məhkəməyə müraciət edərdin. Əgər sən haqlısansa, “YouTube”da silinən mahnını bərpa edərdin. Boşboğaz insan deyiləm ki, hər danışılan sözə cavab verim. Kimin haqlı, kimin haqsız olduğuna isə məhkəmə qərar verəcək”.

O, sonra bunları deyib:

“Artıq cana yığılmışam. Beş ildir ki, tək məndən deyil, ailəmdən, övladımdan, şəxsi həyatımdan əl çəkmir. O valideynlərimin adını efirlərdə çəkib, təhqir edir. O xanımı tanımıram, görməmişəm. Sənətçi kimi də tanımıram. Bir ortamda da olmamışıq. Dərdi və problemini də bilmirəm”.

“Canan” həmçinin Aygünün “Sevgilimlə Gülnarı bir yerdə oteldə tutmuşam” məsələsinə də aydınlıq gətirib.

O həmkarı tərəfindən şərləndiyini vurğulayıb:

“Ərini tutub? Məni oteldə necə tutmusan ki, sənin üzünü görməmişəm. Çünki səni tanımıram. Sevgilin, həyat yoldaşın deyirsən... Bəs niyə onunla problemini həll etmirsən? O xanıma çox yazığım gəlir. Çünki bir xanım özünü bu qədər alçatmaz.

Mənim də həyatımda kimsə olub, ayrılmışam. Birinci dəfədir görürəm ki, bir xanım sevgili dediyi bəyi bu qədər şərləsin. Aygün sevgili dediyi adamı polis bölmələri və nazirliklərlə şərləyir.

Eşitdim ki, haqqımda nələrsə danışır. Zəng etdim ki, məsələni öz aramızda həll edək”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR