"Borussiya" Sebastyen Alleni rekord məbləğə

Almaniyanın "Borussiya" Dortmund təmsilçisi Niderland "Ayaks"ından kot d İvuarlı hücumçu Sebastyen Alleni transfer edib.

Metbuat.az xəbər verir ki, Fransa vətəndaşlığı da olan 28 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

İddiaya görə, Bundesliqa klubu təcrübəli oyunçu üçün 35 milyon avro təzminat ödəyib ki, bu da klubun tarixində ən bahalı transferdir.

Qeyd edək ki, Sebastyen Alle ötən mövsüm 42 oyunda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR