Tahir Əmiraslanov kulinariya kitablarını yandırdı: "Səbəbini hamı bilir..." -

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə T.Əmiraslanov öz facebook hesabında paylaşım edib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".

Tahir Əmiraslanovun paylaşımına biganə qalmayan izləyiciləridən biri kitabların niyə yandırıldığını soruşub. T.Əmiraslanov isə cavabında "Səbəbini hamı bilir",- deyə bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR