Bakıda ağır qəza: YPX əməkdaşı xəsarət aldı -

Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili yük maşını ilə toqquşub.

Metbuat.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli hadisənin Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verdiyini bildirib.

Onun sözlərinə görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin yük maşını ilə toqquşması nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə tuneldə təmizlik məqsədilə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili su daşıyan yük maşını ilə toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR