Məşhur iş adamının müəmmalı ölümü:

Rusiyanın “Qazprom” şirkəti ilə əlaqələri olan tanınmış iş adamı Yuri Voronovun ölümü ilə bağlı bəzi detallar məlum olub.

Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, 61 yaşlı iş adamı tapança öldürülüb. Polisin araşdırmalarına görə, iyulun 1-dən etibarən iş adamının olduğu evə heç kim girməyib.

Qeyd edək ki, iki gün əvvəl 61 yaşlı iş adamının cəsədi Sankt-Peterbuq şəhərindəki villasının hovuzunda tapılıb. Son bir neçə ayda Yuri Voronov müəmmalı şəkildə ölən “Qazprom” şirkəti ilə əlaqəli 5-ci şəxsdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR