“Emin 444”ün xalası oğlunun cinayət işi

Bakıda qətl törədən Samir Şirəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə bu il martın 14-də saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində baş verib. 38 yaşlı Yusifov Zaur Əli oğlu odlu silahdan atəş edilərək qəsdən öldürülüb.

İlkin istintaqla 22 yaşlı Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilən xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR