Bakının bu yollarında tıxac var -

Hazırda Bakının əsas avtomobil yollarında hərkət sıxlığı ilə bağlı vəziyyət açqılanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:

1. Asif Məhərrəmov küçəsi,Cavadxan küçəsi və Ceyhun Səlimov küçəsi ilə hərəkət edən Nəqliyyat vasitələrinin 3 – mkr dairəsinə doğru hərəkəti nəticəsində 3 – cü mkr. dairəsi ətrafında yol – nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

2. Tbilisi prospektinin 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsinə qədər, İzmir küçəsi ilə kəsişmə, eyni zamanda şəhər istiqamətində sıxlıq

3. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalının qarşısına qədər olan hissədə - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

4. Alı Mustafayev küçəsində - əsas yol və kənar yolda, 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

5. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

6. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Qarabağ küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Xətai prospekti istiqamətində sıxlıq

7. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

8. Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, şəhər istiqamətində - kənar yolda, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

9. Akademik Həsən Əliyev küçəsinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR