Azərbaycan əhalisinin sayına görə dünyada neçənci yerdədir?

Azərbaycan əhalisinin sayına görə, dünya üzrə 90-cı yerdə qərarlaşıb.

Metbuat.az worldometers.info-saytına istinadən xəbər verir ki, ilk onluqda Çin, Hindistan, ABŞ, İndoneziya, Pakistan, Braziliya, Nigeriya, Banqladeş, Rusiya və Meksika dayanır.

Bizə qonşu olan ölkələrə gəlincə, Türkiyə 17, İran 18, Gürcüstan 132, Ermənistan 137-ci sırada qərarlaşıb.

Onu da qeyd edək ki, hazırda dünya əhalisinin sayı 7 958 949 887 nəfərdir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR