Siyasi böhran: Xarici işlər naziri təcili ölkəyə qayıtdı

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss İndoneziya səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Baş nazir Boris Consonun istefa verəcəyini açıqlamasıdır. İddia edilir ki, Liz Truss hökumət başçısı seçilmək üçün iddiasını ortaya qoyacaq.

Qeyd edək ki, hökumətdə 4-ü nazir olmaqla 50 məmur istefa verib. Məlumata görə, istefaların səbəbi nazirlərin Boris Conson hökumətinə etibar etməməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR