Polşada "Qarabağ" - "Lex" matçına 25 mindən çox azarkeş gedib - Evdəki oyuna nə qədər bilet satılıb?

Çempionlar Liqasının I təsnifat mərhələsinın cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lex" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, iyulun 12-də saat 20:00-da, tamaşaçı tutumunu 31-dən çox olan Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 8200 bilet satılıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib. Ən çox fanat Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 25 118 azarkeş izləyib.

Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR