"Türkiyə Azərbaycana ən böyük dəstək verən ölkədir" - XİN

Azərbaycan və Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Prezident İlham Əliyevin bildirdiyi kimi, qardaş ölkələr arasında əlaqə dünyaya nümunədir. Türkiyə Azərbaycana siyasi cəhətdən ən çox dəstək verən ölkədir. Ümid edirik ki, gənc diplomatlar sayəsində bu münasibətlərlər gələcəkdə daha da güclənəcək", - deyə XİN rəsmisi vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR