Azərbaycanda virusa yoluxanların sayı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.

Həmçinin oxuya bilərsiniz: Ölkəmizdə virusa yoluxma sayı artır: Maskalı günlər geri qayıdacaq? - İnfeksionistdən AÇIQLAMA

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 348, bu günə qədər isə ümumilikdə 6 980 033 test icra olunub.

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR